Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
18 2024 14:43

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb.

Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradılacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcəklər.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.


2 May 2024
Siyasət

VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

2 May 2024
Siyasət

Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə olunub - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

2 May 2024
Siyasət

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - YENİLƏNİB + FOTO

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2 May 2024
Siyasət

İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.